İstanbulda keçirilən Türkiyə-Əfqanıstan-Pakistan sammitinə "Taliban"ın uzlaşma üçün Türkiyədə büro açmaq tələbi möhürünü vurub.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, "Taliban"ın sülh müzakirələrinə başlamaq üçün Türkiyə kimi tərəfsiz bir ölkədə etibarlı büro açmaq istəyinə Əfqanıstan prezidenti Həmid Karzayi "Əgər Türkiyə belə bir qapı açarsa, biz də bu yolda irəliləmək istəyərik" deyə cavab verib.
Türkiyə prezidenti Abdullah Gül isə "Əfqanıstanın sabitliyinə xidmət edəcək hər addımı atarıq" deyib.
İstanbulda keçirilən mətbuat konfransında Pakistan prezidenti Asif Əli Zərdariyə də ölkəsinin ordusunun "Taliban"ı dəstəklədiyi iddiaları haqda sual ünvanlanıb. Zərdari "Terror aktı nəticəsində öldürülən Bənazir Bhuttonun həyat yoldaşı olaraq belə bir hərəkəti dəstəkləməyim mümkün deyil. Bir-birimizi suçlamaq yerinə birgə mübarizə yollarını axtarmalıyıq" deyib.
Mətbuat konfransında sammitdə qəbul edilən birgə qərarlar da açıqlanıb. Buna görə, 2011-ci ilin martında İstanbulda Türkiyə, Əfqanıstan və Pakistan birgə təlim keçirəcək. Bundan sonra 1 mart günü Türkiyə-Əfqanıstan dostluq günü kimi qeyd olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB