“Azərbaycan Hava Yolları” QSC aksiya keçirəcək

“Azərbaycan Hava Yolları” QSC aksiya keçirəcək

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bayram günlərində marşrutlarda baqajın daşınması üzrə növbəti aksiya keçirəcəkdir. SİA-nın xəbərinə görə, dekabrın 28-dən etibarən həyata keçiriləcək aksiya çərçivəsində "qənaət dərəcəsi" üzrə uçan sərnişinlər 40 kiloqram, "biznes dərəcəsi" üzrə uçanlar isə 50 kiloqram yükü pulsuz aparmaq hüququ qazanacaqlar.

Bu aksiya Dubay-Bakı, İstanbul-Bakı və Urumçi-Bakı reyslərinə, həmçinin "ATR – 4272" təyyarələri ilə həyata keçirilən reyslərə aid edilməyəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə