Hüseynqulu Bağırov: "Geoloqlarımız tərəfindən tapılan yeni yataqların gələcəkdə Azərbaycana milyonlarla gəlir gətirəcəyi planlaşdırılıb"

Hüseynqulu Bağırov: "Geoloqlarımız tərəfindən tapılan yeni yataqların gələcəkdə Azərbaycana milyonlarla gəlir gətirəcəyi planlaşdırılıb"

"Geologiya Muzeyində inkişaf işləri bundan sonra da davam etdiriləcək". SIA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlaması zamanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, muzeyi daha da maraqlı hala gətirmək üçün bir sıra tədbirlər görülür: "Muzeydə açılış mərasiminin keçirilməsi işlərin bitdiyini göstərmir. Belə ki, məktəblilər və investorlar üçün daha da maraqlı hala gətirmək üçün antropologiya və geoloji tarixlə bağlı görüntülü yeni ekspozisiyaların qurulması nəzərdə tutulur. Bunun nəticəsində muzeyi ziyarət edənlər ayrı-ayrı süxurlar və faydalı qazıntıların yaranması, kəşfiyyatı və ondan hansı sahələrdə necə istifadə olunduğu barədə ətraflı məlumat ala biləcəklər".

Nazir onu da qeyd edib ki, geoloqlar tərəfindən aparılan araşdırmalar nəticəsində yeni qızıl yatağı aşkar edilib: "Şəmkir rayonu ərazisində platin kimi bir sıra qiymətli metalların olduğu yataqlar var. Geoloqlarımız tərəfindən tapılan yeni yataqların gələcəkdə Azərbaycana milyonlarla gəlir gətirəcəyi planlaşdırılıb. Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə