Düşünüb cavab axtarmağa ehtiyac da yoxdur. Çünki erməniyə xüsusi xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. Bəs o zaman ermənilərlə dostluq edən "Milli Şura"çılar kimdir? Bax, bu yerdə də nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir: Vətən daşına dönük çıxanlar bu ölü qurumda toplaşıb. Ancaq "satqınlar kadrosu" olan "Milli Şura" hələ də anlamır ki, Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır.
Bax, bu reallıqları görməkdə kor olan "Milli Şura"nın satqın kadrosu olan AXCP sədri Ə.Kərimli üçün satıb-satılmaq isə adi hal alıb. Çünki satqınlar kadrosu olan "Milli Şura"da toplaşan Vətən daşına xəyanət edən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli... kimi ünsürlərin sifətləri o qədər sürtülüb ki, üfunət iyi verir və elə zənn edirlər ki, hay-küy salmaq güclü olmaqdır. Ay qardaş, nə vaxdan hay-küylə nəyəsə nail olmaq olub? Anlamaq lazımdır ki, mənasız işlərlə ölkəmizi müstəqillik yolundan, güc və qüdrətli olmaqdan döndərmək mümkün deyil. Ona görə ki, Azərbaycan adlı gəminin güclü və bacarıqlı kapitanı var.
Bu yerdə rəhmətlik Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin Əli Kərimliyə aid olan bir fikrini xatırlatmaq yerinə düşərdi. Elçibəyin ölümü ilə bağlı aparılan istintaq ərəfəsində o demişdi: "Əbülfəz Elçibəyə xəyanət edənlərin hamısı cəzalandırılıb. Yalnız bir nəfər cəzasız qalıb... Oqun da xəbəri gələcək".
Sonra da əlavə edərək deyib: "Kimdir o bir nəfər? Əlbəttə ki, satqın, xəyanətkar və pis adam Əli Kərimli! Sirr deyil ki, günahkarlar əvvəl-axır öz cəzalarını alırlar. Onun da xəbəri gələcək".
Bax, gec-tez hər bir cinayətkar qanun qarşısında cəzasının almalıdır. Çünki antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat
törətmək, qarşıdurma yaratmaq cəhdləri, dələduzluqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməz!
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB