Auiditorlar Palatası Lənkərandakı qaçqın və məcburi köçkünlərə bayram sovqatları verib
Respublika Auidotorlar Palatası Lənkəranda məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə bayram sovqatları paylayıb. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi Ramiz Hacıyevin SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, Respublika Auidotorlar Palatası Lənkəranda məskunlaşan qaçqınları daim diqqət mərkəzində saxlayır. Bütün bayram günlərində olduğu kimi onlar bu il də Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə doğma yurd-yuvalarında didərgin düşən həmyerlilərimizi bayram münasibəti ilə təbrik edib, hər bir ailəyə bayram sovqatı paylayıb.
Əlavə edək ki, Lənkəran rayonunda 258 nəfərdən ibarət 76 ailə məskunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB