Bu gün müasir tələblər əsasında yenidən yaradılmış Geologiya Muzeyinin (GM) açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov və nazirliyin digər rəsmiləri iştirak edib. 1969-cu ildə Azərbaycan Geologiya İdarəsinin nəzdində yaradılan GM-nin fəaliyyətinə ölkənin yeraltı təbii sərvətlərinin kütləvi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işləri nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği aiddir.
Xarici və yerli investorların ölkəmizin yeraltı təbii sərvətləri ilə tanışlığı məhz Geologiya Muzeyindən başlandığı üçün muzeyin yenidənqurulmasına zərurət yaranmışdı.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 may 2008-ci il tarixli "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə muzeyin yenidənqurulmasına Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vasait ayrılmışdı. Sərancam imzalandıqdan sonra muzey müasir tələblərə uğun olaraq yenidən qurulub, ərazisi 511 kvadrat metrdən 630 kvadrat metrə qədər genişləndirilib.
Qeyd edək ki, muzeyin yenidənqurulması işi üçün büdcədən ayrılmış 1 milyon manatın 430 min manatı xərclənib, qənaət olunan 570 min manatı isə büdcəyə geri qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB