Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Tarixdə ilk dəfə Romada "Yeni il" qeyd edilib (336)
- Frank hökmdarı Böyük Karl taxta çıxıb (800)
- İngilis fizik İssaak Nyuton anadan olub (1642)
- Misir prezidenti Ənvər Sadat anadan olub (1918)
- General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski isə nazir müavini təyin ediliblər (1918)
- Fransa Kommunist Partiyası təsis edilib (1920)
- Bakıda rus "Tənqid Təbliğ teatrı" fəaliyyətə başlayıb (1920)
- Beynəlxalq təqvim və saat qəbul edilib (1925)
- Hind musiqiçi Ram Narayan anadan olub (1927)
- Çində zəlzələ 70 000 insanın həyatına son qoyub (1932)
- Çex yazıçısı, ordu həyatına dair əsərləri ilə şöhrət tapan və tarixə robot sözünün müəllifi kimi düşən Karel Çapekin xatirə günü (1938)
- Türkiyənin ikinci prezidenti İsmət İnönünün xatirə günü (1973)
- Bakı Məişət Kondisionerləri zavodu işə salınıb (1975)
- Çarlz Çaplinin xatirə günü (1977)
- Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi başa çatdırılıb (1988)
- Rumıniyanın dövlət başçısı Nikolae Çauşesku arvadı ilə birgə güllələnib (1989)
- SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verib. İstefanın ertəsi günü SSRİ də süqut edib (1991)
- "Latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında" qanun qəbul edilib (1991)
- İran, ABŞ və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb (1991)
- Azərbaycan prezidentinin fərmanı ilə Milli Qvardiya yaradılıb (1991)
- Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib (1992)

Bütün xəbərlər Facebook səhifəmizdə