Ərdoğan Putinlə nəyi müzakirə edəcək?

Ərdoğan Putinlə nəyi müzakirə edəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcəyi vaxt məlum olub. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Ərdoğanla Putinin şənbə günün birinci yarısında görüşəcəyi və Suriya haqqında müzakirə aparacağı bildirilib.

Qeyd edək ki, bu görüş daha əvvəl ABŞ Prezidenti Trampla planlaşdırılan və daha sonra ləğv olunan görüşün yerinə keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə