Nikol Paşinyan Qarabağ separatçılarına hədə-qorxu gəlir

Nikol Paşinyan Qarabağ separatçılarına hədə-qorxu gəlir

Ermənistanda 8 dekabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərilə əlaqədar baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın təşviqat kampaniyaları zamanı Dağlıq Qarabağ münaqişəsilə bağlı çıxışlarının Qarabağdakı separatçı rejimin tənqid hədəfi olması qarşı tərəfi də bərk qıcıqlarnırıb. Qondarma qurumun Ermənistanın daxili işlərinə, o cümlədən də, seçki prosesinə müdaxiləsini qınayan Paşinyanı, onun həyəcanını başa düşmək çətin deyil və ümid edirik ki, başqalarının daxili işlərinə qarışmağın, müdaxilənin nə demək olduğunu gec də olsa dərk edə bilər.

İşğalçı rejimin fikirləri, müzakirələri, müdaxilələri Paşinyanı əməlli başlı özündən çıxarıb və qorxuya salıb

Bu vaxta qədər Dağlıq Qarabağla əlaqədar bütün məsələlərin müzakirəsi zamanı hansı daşı qaldırsan altından çıxan Ermənistan qondarma rejimə himayədarlıq etdiyi halda həmin rejimin bu işğalçı ölkənin məsələləri ilə bağlı fikirləri, müzakirələri Paşinyanı əməlli başlı özündən çıxarıb. Baş naziri səlahiyyətlərini icra edən lakin hələ də özünü küçə nümayişçisi kimi aparan inqlabçı Qarabağdakı separatçı rejimin fikirlərini təmsil etdiyi ölkənin daxili işlərinə qarışmaq, o cümlədən də, seçki prosesinə onların müdaxiləsi kimi qiymətlərndirir.
Paşinyanın aqressiyası erməni KİV-lərində də öz əksini tapır və “hakimiyyətə gəldi və indi Qarabağı satır” tipli ittihamlara qeyri-diplomatik kobud reaksiyası gizlədilmir. Qeqarkunik əyalətinin seçicilərilə görüşən Paşinyanın separatçıların onun haqqında ittihamlar səsləndirməsinə siyasətçi deyil, bir nümayişçi kimi aqressiv reaksiya verməsi belə normal təzahür kimi qarşılanıb və bu da təbiidir. Əvvəla ona görə ki, heç bir idarəçilik təcrübəsi, siyasi karyerası, diplomatiyadan zərrə qədər anlayışı olmayan bir marianetdən, Qərb siyasətinin oyuncağından bundan artıq gözlənti Ermənistanın özündə, onun Kütləvi İnformasiya Vasitələrində belə yoxdur. Dİgər tərəfdən, bütün movcud potensialını, kimliyini Qərb oyununun kartına sərf edən bu manipulyatorun onun özünə də, ölkəsinə də aidiyyəti olmayan Qarabağdan zərbə almaq təhlükəsindən qorxuya düşməsi də başa düşüləndir.

Ermənistan hakimiyyəti qondarma rejimin seçkilər üzrə təşviqat kampaniyalarına müdaxiləsini və mövcudluqlarını nümayiş etdirmək cəhdlərini təşvişlə qarşılayır

Qeqarkunik əyalətində seçicilərilə görüşü zamanı, sosial şəbəkələrdəki materiallarda hətta qondarma rejim “rəsmilərinin” ucuz spekulyasiyalarından dəhşətə gəldiyini bildirən nümayiçi lider hətta son günlər Dağlıq Qarabağ “hakimiyyəti” nümayəndələrinin aktivliyini anlaya bilmədiyini də söyləməkdən çəkinməyib. Onların niyə fəallaşdığını, Ermənistanda keçiriləcək parlament seçkiləri üzrə təşviqat kampaniyalarına hansısa yolla müdaxilə etməyə və öz mövcudluqlarını nümayiş etdirməyə niyə çalışdıqlarını təşvişlə qarşılayıb. Hətta, Dağlıq Qarabağın qondarma “prezidenti” Bako Saakyanla gözlənilən görüşü zamanı bütün bunları mütləq müzakirə edəcəyini də söyləməklə həyəcanını, narahatlığını belə gizlədə bilməyib.
Bu arada Paşinyanın qondarma rejim rəhbərinə tövsiyyələr verməklə həmin rejimi intizama dəvət etməsi də bir çox məqamlara aydınlıq gətirir. Deməli, baş naziri səlahiyyətlərini icra edən bu avantürist qondarma rejimin intizamsızlığını ya rəsmi şəkildə etiraf edir, ya da bu rejimin faəliyyətini intizamsızlıq kimi qiymətləndirir. Əvvəlcə, “özünüzə gəlin və öz işinizlə məşğul olun”, sonra isə, “seçkilərdən sonra bütün bunları sizinlə müzakirə edəcəm” deyən Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etməklə yenə də öz hədə-qorxu taktikasına əl atır. Bütün bu faktlar küçə nümayişçisinin kürkünə birə düşdüyündən xəbər verir və təsdiq edir ki, Paşinyan seçki öncəsi Qarabağ rejiminin törədə biləcəyi “fors majordan” ehtiyat edir. Daha dəqiq desək qorxur.

Seçkiqabağı bir avantürist üçün populist çıxışlar zərrə qədər əhəmiyyət daşımır və onun daha çox qorxduğu hakimiyyəti itirməkdir

Maraqlıdır, Paşinyan Qarabağın müstəqil olduğunu və İrəvanın onunla bağlı heç bir "hüquqa" malik olmadığını dediyi halda indi bu qondarma rejimi intizama dəvət etmək adı ilə onlara Ermənistan hakimiyyətinə tabe olduqlarını xatırladır. Bu oyunlara onu vadar edən nədir? Erməni xisləti, yoxsa hakimiyyət hərisliyi? Təbii ki, hər ikisi. Çünki, Paşinyan bu erməni xislətini hamıdan yaxşı özü bilir və qorxur ki, Bako Saakyan kimi birisi istənilən anda simasızlığını yenə də ortaya qoyub onun özünə də badalaq gələ bilər. Özü də seçkiqabağı bu hərəkətin nə ilə nəticələnəcəyinin fərqində olan avantürist üçün populist çıxışları zərrə qədər əhəmiyyət daşımır və onun daha çox qorxduğu qazanmaq arzusunda olduğu hakimiyyəti itirməkdir.
Qarabağ separatçılarına qarşı hədələyici çıxışlar edən küçə nümayişçisi Respublikaçılar partiyası və onun rəhbəri - Qarabağ klanının üzvü Serj Sarkisyanın münaqişə kartından seçkilərdə ona qarşı istifadə edə biləcəyindən qorxduğu gün kimi aydındır. Qarabağ rəhbərliyini hələ də tam öz tərəfinə çəkə bilməyən Paşinyan bu cür hədələrə əl ataraq, başına gələ biləcək mümkün təxribatlardan sığortalanmağa cəhd edir. Təbii ki, bu işdə yeganə silahı da hədə-qorxudur və görünür bu da elə erməni xislətini yaxşı bilməsindən irəli gəlir. Çünki, bilir ki, onlara etibar ediləcək, güvəniləcək deyil və yeganə təsir variantı hədə-qorxu taktikasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə