Paşinyan Bako Saakyana silahlı qarşıdurma ərəfəsindədir ANALİTİKA
Nikol Paşinyan Bako Saakyana “seçkilıərdən sonra görüşəcəyik” ultimatumunu verib
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Qarabağ separatçıları arasında möövcud olan kəskin konfrontasiya artmağa başlayıb. Belə ki, Paşinyan Geqarkun vilayətində keçirdiyi mitinqdə Qarabağ separatçılarını “öz işləri ilə məşğul olmağa və başqalarının işlərinə burunlarını soxmamağa” çağırıb. SİA xəbər verir ki, bu barədə “Novosti-Armeniya” yazıb. Erməni baş nazir əvəzi həmin çıxşında onu da xatırladıb ki, o, Ermənistanın ilk rəhbəridir ki, oğlu Qarabağda “hərbi xidmət” keçir. Lakin erməni hökumətinin baş nazir əvəzi qarabağlı ermənilərə daha bir iradını bildirərək deyib ki, sosial şəbəkələrdə onun barəsində gedən yazılarda “spekulyasiya”, “ucuz manipulyasiyalar” və s. kimi başlıqları görərkən, təəccüblənib.
Nikol Paşinyan: “Onlar nəyə görə aktivləşiblər və niyə Ermənistanda keçiriləcək seçki-təbliğat kampaniyasında iştirak etdiklərini nümayiş etdirirlər?”
“Düzünü desəm, mən son vaxtlar Dağlıq Qarabağ rəhbərliyi təmsilçilərinin bu cür fəallıqlarını anlamıram. Onlar nəyə görə aktivləşiblər və niyə Ermənistanda keçiriləcək seçki-təbliğat kampaniyasında iştirak etdiklərini nümayiş etdirirlər?”, sualını edən Paşinyan əlavə edib ki, o, bu məsələlərlə bağlı “DQR” rəhbərliyi ilə mütləq müzakirələr aparacaq.
Beləliklə, görünən və gözlənilən də budur ki, Qarabağ klanı olaraq, Nikol Paşinyan tərəfindən devrilən Serj Sarkisyan rejimi və bu rejimin sayəsində “DQR”də qurama hakimiyyətdə olan qarabağlı ermənilər arasındakı uçurum daha da dərinləşmək üzrədir. Daha dəqiq desək, Ermənistandakı müxtəlif rıçaqlarını itirmək istəməyən və bu istiqamətdə gizli, ya da aşkar şəkildə fəaliyyət göstərən separatçılar demək olar ki, Paşinyana və Ermənistan ermənilərinə qarşı müharibə elan ediblər. Məhz bu baxımdan, iki cinah arasındakı münasibətlər demək olar ki, tamamilə soyuyub.
“Mən anlamadım, demək “DQR” rəhbərinin “mətbuat katibi” günaşırı olaraq mənim sözlərimlə bağlı açıqlamalar verməlidir?”
O da əbəs deyil ki, artıq Paşinyan “DQR”lə ultimatum dilində danışmağa başlayıb. SİTAT: “Deyim ki, bununla bağlı məndə çox suallar yaranıb və mən mütləq onları “DQR”in “prezidenti” Baki Saakyanla müzakirə edəcəyəm. Ancaq buna qədər, cənab Bako Saakyan, sizi “nazirlər kabinetinizdəki” təmsilçilərinizi öz işləri ilə məşğul olmağa dəvət etməyə çağırıram. Hansı növ fikir bildirmələrindən asılı olmayaraq... Mən anlamadım, demək “DQR” rəhbərinin “mətbuat katibi” günaşırı olaraq mənim sözlərimlə bağlı açıqlamalar verməlidir? Ancaq siz təsəvvürünüzə gətirə bilərsinizmi ki, mənim mətbuat katibim Qarabağda baş verən məlum və qeyri-məlum hadisələr barədə açıqlamalar versin? Siz bütün bunların nə ilə nəticələnəcəyini təsəvvürünüzə gətirə bilərsiniz? Ayılın və öz işlərinizlə məşğul olun. Əlbəttə, mən sizinlə bu dediklərimlə bağlı seçkilərdən sonra danışacağam. Lakin buna qədər, təkrar edirəm, öz işinizlə məşğul olun”.
Erməni KİV-ləri: “Sasna Srer”in lideri Jirayr Sefilyan “DQR” hakimiyyətini dəyişmək üçün Ermənistan hakimiyyəti ilə müzakirələrə hazırlaşır – Bako Saakyanın bir ayağı Moskvadadır”
Bu arada, Ermənistan KİV-ləri də qeyd edirlər ki, erməni hakimiyyəti ilk dəfədir ki, qarabağlı separatçılar haqqında belə bir sərt şəkildə fikirlər səsləndirir.
Onu da xatırladaq ki, daha öncə erməni KİV-lərində silahlı terror qruplaşması olan, hazırda Ermənistanda siyasi partiyaya çevrilərək parlament seçkilərinə hazırlaşan “Sasna Srer”in lideri Jirayr Sefilyanın müsahibəsi işıqlandırılmışdı. O, bu müsahibəsində Qarabağdakı vəziyyəti “partlayış təhlükəsi” olaraq qiymətləndirmilşdi. Hətta Sefilyan açıq şəkildə bildirmişdi ki, Ermənistanın hazırkı rəhbərliyi ilə Dağlıq Qarabağdakı “hakimiyyəti” dəyişməsi barədə məsələni müzakirə etməyə hazırlaşır. Məhz bu müsahibədən sonra Bako Saakyan dərhal Moskvaya - məsləhət almağa getmişdi.
Fakt isə budur ki, istər işğalçı Ermənistan, istərsə də qondarma “DQR” arasındakı uçurumun yaranacağı qaçılmaz idi. Belə bir vəziyyətin yaranması isə, hətta silahlı qarşıdurmalara qədər inkişaf edə bilər. Hər halda bu reallıq daha açıq görünməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB