“Mühacirlər arasında bu cür davaların çox şahidi olacağıq” AÇIQLAMA

“Mühacirlər arasında bu cür davaların çox şahidi olacağıq” AÇIQLAMA

“Məsələ burasındadır ki, bu gün dünyanın hər yerində erməni diasporu, erməni lobbisi hər vasitə ilə Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq kampaniyası aparır”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, çünki bütün sahələrdə siyasi, iqtisadi, bir sözlə bütün sahələrdə Azərbaycan inkişafa, tərəqqiyə nail olur, dünyada nüfuzu artır, mövqeləri möhkəmlənir: “Bu baxımdan erməni lobbisi sapı özümüzdən olan baltalar vasitəsi ilə Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar. Bunun üçün erməni lobbisi külü miqdarda maliyyə vəsaiti xərcləyir. Bəzi sapı özümüzdən olan baltalar da həmin vəsaitdən mənimsəyir və ciblərini doldurub Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak edirlər. Burada da pul birinə az, birinə çox düşəndə aralarında mübahisə düşür, qarşıdurma yaranır. Bunların savaşı nə milli savaş, nə də ki, xalq savaşıdır, yəni hər hansı bir amala, hansısa əqidəyə xidmət edən savaş deyil. Apardıqları savaş pul savaşıdır. Təəssüflər olsun ki, bu gün dünyada belə bir biznes forması yaranıb, bunun da mərkəzində məhz bəzi Avropa ölkələri dayanır. Beləliklə də, daha çox pul əldə etmək uğurunda aparılan savaş mühacirlər arasında düşmənçilik meyllərini artırıb. Yəni o olmasaydı mən daha çox pul qazanardım, - fikri ortaya çıxdığından bunların arasında qarşıdurma yaranıb. Mühacirlər arasında bu cür davaların çox şahidi olacağıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə