YAP Ağdam rayon təşkilatı partiyanın 26 yaşını qeyd edib

YAP Ağdam rayon təşkilatı partiyanın 26 yaşını qeyd edib

YAP Ağdam rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirib. Tədbirdə rayon təşkilatının şura üzvüləri və partiya fəalları Ulu Öndər Heydər Əliyevin abidəsi önünəgül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbiri YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev açaraq, tədbir iştirakçılarını partiyanın 26-cı ildönümü münasibəti ilə təbrik edib. Rayon təşkilatının sədri Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının rolu və xidmətlərindən danışıb: "Ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən aparıcı siyasi qüvvəyə çevrilib. Tarixi zərurətdən yaranan partiya, ötən illər ərzində, xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas edən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz, qısa zaman kəsiyində, böyük inkişafa nail olub. Bu gün dövlət başçısı, partiyanın Sədri Prezident İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görür".

A.Əliyev bildirib ki, sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir: "YAP Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq, regionun ən nüfuzlu siyasi qüvvəsinə çevrilib".

Tədbirdə rayon təşkilatının şura üzvü Hüseyn Bayramov, partiyanın veteranı Qədulla Səfərov çıxış edib.

Tədbirdə Yeni Azərbaycan Partiyasınayeni üzv qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə