Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Oğuz rayonunda tədbir keçirilib. Tədbirdə partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov 26 il bundan öncə, Yeni Azərbaycan Partiyasının təsis edildiyi zaman Azərbaycanın ictimai-siyasi mənzərəsinə nəzər salıb: "Ölkədə xaos, hərc-mərclik hökm sürür, əhali arasında sabaha ümidsizlik və ruh düşkünlüyü yaranmışdı. Belə bir zamanda, ölkə əhalisinin əksər hissəsinin son ümidi o zaman Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə dikilmişdi. Hər zaman olduğu kimi, bu dəfə də Ulu Öndər dövlətin ağır günündə xalqın təkidli çağırışlarına biganə qalmadı. Ümummilli Lider ölkə ziyalılarının çağırışına səs verdi və Yeni Azərbaycan Partiyası yarandı. 1992-ci ildə müxalifətdə olan partiya 1993-cü ilin iyulunda hakimiyyətə gəldi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını alıb, vətəndaş qarşıdurmasını aradan qaldırdı".
S.Məhərrəmov bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır və öz sıralarında 725 mindən artıq üzvü birləşdirən YAP Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib.
Tədbirdə çıxış edən Oğuz rayon icra hakimiyyətinin başçısının müavini Yusif Naxçivanski bildirib ki, dövlətimizin keşiyində duran YAP-ın müstəqil Azərbaycanın siyasi tarixində misilsiz rolu var. Ötən müddət ərzində, partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz və layiqli töhfələr verib. Bu gün YAP Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edir. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan
Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinə və siyasətinə sədaqətli dönməzdirlər.
Tədbirdə YAP Oğuz rayon təşkilatı gənclər birliyinin şura üzvü Cavid Həmidov, rayon təşkilatı qadınlar şurasının üzvü Aliyə Osmanova və Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatı qadınlar şurasının sədr müavini Mehriban Heydərova çıxış ediblər.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB