Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib. Tədbir iştirakçıları, öncə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq bildirib ki, partiya son dərəcə ağır və keşməkeşli günlərdə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır: "Azərbaycanın taleyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış Lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə təsis konfransı keçirildi. Konfrans Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Dahi Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı".
Y.Abidov bildirib ki, bu gün böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyası 700 mindən artıq üzvünü öz ideyaları ətrafında birləşdirir: "Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə müasirləşir, güclənir, çox zəngin və qüdrətli bir dövlətə çevrilir".
Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, rayon təşkilatı idarə heyətinin üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova "Yeni Azərbaycan Partiyası Dövlətçilik və Azərbaycançılıq ənənələri", rayon təşkilatı qadınlar şurasının sədri Aysel Şeydayeva "Yeni Azərbaycan Partiyasında Azərbaycan qadınının rolu", rayon təşkilatı gənclər birliyinin üzvü Zeynəb Ağayeva "Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi" mövzusunda çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı fəxri fərmanla təltif edilmiş və YAP sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqəsi təqdim edilmişdir.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB