Nikol Paşinyan iş vaxtı partiyasının təbliğatı ilə məşğuldur "Daşnaksyutun"

Nikol Paşinyan iş vaxtı partiyasının təbliğatı ilə məşğuldur "Daşnaksyutun"

“Daşnaksyutun” fraksiyasının parlamentdəki rəhbəri Armen Rustamyan hesab edir ki, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın iş vaxtı Qeqarkunik vilayətinə səfər etməsi və təbliğat aparması ölkədə seçkiöncəsi təbliğat kampaniyasına startın verilmədiyi vaxta təsadüf edir. SİA aysor.am-a istinadən xəbər verir ki, Rustamyan aşinyanın həmin səfəri çərçivəsində elə ifadələrlə çıxış edib ki, onların yalnız təbliğat kimi qiymətləndirmək lazımdır: “Bəli, bu səfərdə təbliğat mənalı ifadələr səslənib, xüsusilə “bizə səs verməlisiniz ona görə ki, biz başladığımızı sona çatdıraq, parlamentin formalaşması prosesini yekunlaşdıraq” sözləri məhz bu cür deməyə kifayət qədər zəmin yaradır. Nikol Paşinyanın partiyasına səs vermək ifadələri başqa hansı mənanı daşıya bilər? Təbliğat ayrı cür neə ola bilər?”, deyə daşnakların parlamentdəki rəhbəri jurnalistlərlə keçirdiyi brifinqində bildirib.

Onun sözlərinə görə, mərkəzi seçki komissiyası bu məsələyə reaksiya göstərməyə borcludur.

“Bu fikrə qarşı hakimiyyət tərəfi bəyan edir ki, Paşinyanın vilayət səfəri iş vaxtına təsadüf edib və Armen Rustamyan həmin bəyanata cavab olaraq, keçmişi xatırladıb”, qeyd edən erməni saytı Rustamyana istinadən yazır: “Bu sözləri Nikol Paşinyan müxalifətdə olarkən, digər baş nazirlərin ünvanına deyirdi və onlar da məhz bu cavabı verirdilər. Bilirsiniz, bütün bunlardan məndə dejavyü yaranır. Hakimiyyətə gələn kimi eynilə keçmiş hakimiyyətlərin leksikonundan istifadə edilir. Heç olmasa, bu ənənədən az da olsa çəkinərdilər, çünki bənzər izahatları biz daha qabaqkı baş nazirlərdən də eşitmişik”.

Adıçəkilən sayt xatırladır ki, Respublika partiyası Nikol Paşinyanın iş vaxtı təbliğatla məşğul olması ilə bağlı fikirlərini tənqid edən bəyanatla çıxış edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə