Səməd Seyidov: “Ermənistanın dünyada qəbul olunmuş qayda-qanunları daim pozması güc deyil, əksinə zəiflik əlamətidir”
"Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Hansısa bir missiyalar həyata keçirilirsə, deməli həmin təşkilatlar beynəlxalq aləmdə qəbul olunan prinsiplərə əməl etməlidirlər. Buna əməl olunmalıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O, bildirib ki, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsinə Azərbaycan ciddi reaksiya verməlidir və verib: "Biz bütün dünyaya bir daha sübut etmək istəyirik ki, heç kimin mövqeyindən, səviyyəsindən asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyik. Ermənistanın dünyada qəbul olunmuş qayda-qanunları daim pozması güc deyil, əksinə zəiflik əlamətidir. Azərbaycan heç vaxt, heç bir beynəlxalq hüquq normalarını pozmayıb və pozmaq fikrində deyil. Ancaq bəzən biz eşidir və görürük ki, Ermənistanın beynəlxalq təşkilatlarda mövqeyi aqressivləşir, danışıqlar zamanı həddindən artıq kəskin mövqe tutduqlarını göstərmək istəyirlər".
Komitə sədri qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq ictimaiyyətdə mövqeyinin güclü olduğunu göstərir: "Ermənistan daim dünyada qəbul olunan qayda-qanunları pozur. Ermənistan başa düşür ki, sözlə, məntiqlə, qanunla, beynəlxalq davranışla öz fəaliyyətini və maraqlarını qura bilmir, ona görə də bu çərçivədən kənar fəaliyyət göstərməyə başlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB