Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) Türkmənistan da qoşula bilər
Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) Türkmənistanda qoşula bilər. SİA-nın verdiyi xəbərə görə. bu barədə qurumun baş katibi Ramil Həsənov jurnalistlərə deyib. O bildirib ki, gələn TÜRKPA-nın Astanada keçiriləcək II plenar iclasında Türkmənistan parlament sədrinin qonaq qismində iştirakı gözlənilir.
"Türkiyədə keçirilən Türkdilli Ölkələrin Dövlət başçılarının X-cu Zirvə Toplantısında qonaq qismində iştirak edən Türkmənistan prezidenti çıxışında bildirmişdi ki, heç zaman bloqlara qoşulmadığından bu cür toplantılarda yalnız qonaq qismində iştirak edəcəklər. Biz də buna uyğun olaraq düşünürük ki, təşkilatın II plenar iclasına Türkmənistan Parlament sədri də qoşula bilər. Biz dəfələrlə açıqlamalarımızda bildirmişik ki, təşkilatımızın qapıları bütün türk dövlətlərinin üzünə açıqdır. Kim istəsə bu təşkilata qoşula bilər. TÜRKPA-ya qoşulmaq könüllü olduğuna görə, biz heç kimi buna məcbur edə bilmərik",- deyə baş katib vurğulayıb.
Özbəkistanın təşkilata qoşulması məsələsinə gəlincə R.Həsənov Özbəkistan tərəfindən bu istiqamətdə heç bir addım atılmadığını təəsüf hissi ilə qeyd edib.
Xatırladaq ki, TÜRKPA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB