Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- İstanbul Universiteti qurulub (1453)
- Fransız dramaturq Jan Rasin anadan olub (1639)
- İlk sərnişin dəmir yol xətti Baltimor-Ohayo fəaliyyətə açılıb (1829)
- Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər (1895)
- Əməkdar elm xadimi Ağaxan Ağabəyli anadan olub (1904)
- Xalq artisti Əlövsət Sadıqov anadan olub (1906)
- Jurnalist və pedaqoq Nəsir İmanquliyev anadan olub (1911)
- Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb (1914)
- Kommunizmə simpatiyası olan 250 Amerika vətəndaşı SSRİ-yə sürgün edilib (1919)
- Sovet İttifaqı Qəhrəmanı, kəşfiyyatçı Mehdi Hüseynzadə (Mixaylo) anadan olub (1918)
- Moskvada VIII Ümumrusiya sovetlər qurultayı açılıb. Qurultayda QOELRO planı təsdiq edilib (1920)
- Kinodramaturq, rejissor, yazıçı Həsən Seyidbəyli anadan olub (1920)
- Mahatma Qandi azadlığa çıxıb (1932)
- Hitler "Qafqaz müsəlman Legionu"nu yaratmaq barədə göstəriş verib (1941)
- Podpolkovnik Həzi Aslanov birinci dəfə "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb (1942)
- Elmira Qafarova Azərbaycan SSR xarici işlər naziri vəzifəsindən azad edilib (1987)
- Meydan hərəkatını işıqlandırdığı üçün Nəcəf Nəcəfov "Molodyoj Azerbaydjana" qəzeti redaktorluğundan kənarlaşdırılıb (1988)
- 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Arvadı ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb (1989)
- Cənubi Afrika Respublikası parlamenti aparteid rejimini rəsmən ləğv edib (1993)
- Azərbaycan Respublikası Honduras ilə diplomatik əlaqələr qurub (1994)
- Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub (2001)
- Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilib (2008)

Bütün xəbərlər Facebook səhifəmizdə