Bu gün YAP Xaçmaz rayon təşkilatında 9 noyabr- Bayraq Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov açaraq vurğulayıb ki, bu gün ölkəmizin bütün güşələrində dalğalanan, dövlətimizin suverenlik rəmzi sayılan bayrağımızın zəngin tarixi var: "Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur"
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, YAP Xaçmaz rayon təşkilatının sədr müavini Sevinc Sədullayeva, gənclər adından Haliyə Osmanova, Cavad Mehmanov və başqaları çıxış edlərək bildiriblər ki, dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB