"Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın" TƏKLİF

"Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın" TƏKLİF

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev vahid əmək haqqı tarifinin müəyyən edilməsi təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, Parlamentdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edən Q.Həsənquliyev deyib: “Prezident İlham Əliyev 1 may 2017-ci il tarixində Fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə