“Paşinyan hökuməti homoseksuallığın və sektantlığın tərəfdarıdır” ŞARMAZANOV

“Paşinyan hökuməti homoseksuallığın və sektantlığın tərəfdarıdır” ŞARMAZANOV

“Son aylar bir çox narahatedici hadisələrlə bol olub: müqəddəs Eçmiədzin (Üç müəzzin-red.) kilsəsinin dəftərxanasına müdaxilə, bütün ermənilərin katolikosuna hücum, homoseksuallığın və analoji mövcudluqların təbliğatı”. SİA xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun bu bəyanatını erməni mətbuatı yayıb. Belə ki, Şarmazanov yeni hakimiyyətin “erməni xristian ənənələrinə” qarşı çıxdığını deyərək bildirib ki, bütün bunlar erməni xalqının mənəviyyatını alçaltmağa yönəlmiş addımlardır və belə addımlara qarşı sona qədər mübarizə aparacaq.

“Vəziyyət o hala qədər gəlib-çatıb ki, onlar məktəblərdə “Erməni dininin tarixi” dərsinin qadağasını tələb edirlər”, bəyan edən Şarmazanov Paşinyan hökumətinə işarə edərək, onların bu məsələyə heç bir münasibət göstərmədiyini bildirib: “Hökumət hazırkı vaxta qədər bu məsələyə hər hansı bir qiymət verməyib. Deyilənə görə isə, susmaq razılıq əlamətidir. Bu, yolverilməzdir”.

Şarmazanov parlament çoxluğunun Erməni apostol kilsəsinin ərazisində etiraz aksiyalarının keçirilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin də yeni hökumət tərəfindən rədd edildiyini bildirib: “Nə qədər qəribə görünməsə də, Paşinyan hökuməti bu kimi təşəbbüslərə mənfi cavab verib ki, bu da yumşaq desək, qəbuledilməz bir haldır”.

Erməni vitse-spiker “ermənilərin milli mənəvi dəyərlərinin qorunması” istiqamətində yeni hakimiyyətə qarşı barışmaz mövqedə dayanacağıını bildirməklə yanaşı, parlamentdə sona qədər mübarizə aparacağını da deyib: “Mən, parlamentdə və başqa platformalarda “milli və xristianlıq dəyərlərinin” qorunması və inkişafı istiqamətində mübarizə aparmağa davam edəcəm. Respublika partiyasının lideri Sparapet Vazgen Sarkisyanın dediyi kimi: “Hətta bütün dünya sektantların və homoseksualların müdafiəçisinə çevrilərsə belə, mən onları müdafiə edə bilmərəm”. Bu, Sparapet Vazgen Sarkisyanın sözləridir. Mən isə, bir deputat və sıravi vətəndaş kimi sektantlığı və eynicinslilərin münasibətlərini təbliğ edən hallara qarşı mübarizə aparacağam”.

Qeyd edək ki, Nikol Paşinyan hökumətinin planlarında Ermənistanda eynicinslilərin nikaha daxil olması, homoseksuallığa olan qadağanın aradan qaldırılması və s. kimi qanunların ləğv edilməsi dayanır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə