“Onlar “Mənim addımım”a qarşı alternativlərini irəli sürməlidirlər”
“Biz gərək elə edək ki, seçkiqabağı mübbarizə “ağ-qara” rəngə çevrilməsin, bunun üçün isə, siyasi güclər öz məqsədlərini ortaya qoyaraq, mövcud vəziyyətdə hədəflərinə necə çatacaqlarını izah etməlidirlər”. SİA xəbər verir ki, bu barədə Beynəlxalq insan inkişafı mərkəzinin rəhbəri Tevan Poqosyan “tert.am”a deyib.
Poqosyan bildirib ki, parlament seçkiləri köhnə seçki kodeksi ilə keçiriləcək, belə ki, yeni seçki layihəsi qəbul olunmadı.
Eyni zamanda, siyasi güclərin parlamentdə düşə bilmək şansları barədə də danışan erməni QHT-nin rəhbəri qeyd edib ki, əgər onlar yeni mədəniyyət düşüncəsi ilə fəaliyyətə keçsələr, həmin güclər bu dəyişikliklər yolunda öz nöqteyi-nəzərlərini yerinə qədər çatdıra, və inamlı şəkildə komandaları ilə irəli gedə bilərlər.
Poqosyan siyasi güclərin problemlərinin olduğunu bildirib və onların üç hissəyə bölünəcəyini deyib. O, birinci olaraq, eyforiyaya qapılmış və lideri Paşinyan olan “Mənim addımım”seçki blokunu göstərib. “Onlar sadəcə, Nikol Paşinyana çox inanırlar, ona görə də “Mənim addımım” bloku əlbəttə ki, parlamentdə düşəcək”, deyə qeyd edən erməni eksperti digər güclər üçün bildirib ki, onlar da öz alternativlərini irəli sürməlidirlər ki, elektoratlarına sahib olsunlar.
Poqosyan istisna etməyib ki, “Mənim addımım” bloku hansı siyasi güclərə qarşı çıxacaqsa, onları tənqid atəşinə tutarsa, həmin güclərə yazıqları gələnlər də olacaq və nəticədə bu güclər az-çox səs toplaya biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB