Avropadan İrana dəstək, ABŞ-a isə etiraz olunub

Avropadan İrana dəstək, ABŞ-a isə etiraz olunub

Avropa İttifaqı (Aİ) Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxan ABŞ-ın İrana qarşı növbəti sanksiyaları bərpa etməsinin əleyhinədir. SİA-nın verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi “Franceinfo” radiosuna açıqlamasında Vaşinqtonun İrana qarşı sanksiyalarının qüvvəyə minməsinə münasibət bildirərəkən deyib.

“Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini təqdir etmir və dəstəkləmir”, – deyə avrokomissar vurğulayıb.

Qeyd edək ki, bu gündən etibarən ABŞ-ın İrana qarşı enerji, maliyyə- bank və gəmi daşımaları sektorlarına qarşı sanksiyaları qüvəyə minib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə