Moskvada Azərbaycan və İran vətəndaşından 20 milyon dollaradək pul götürülüb
Moskvanın Vnukova hava limanında gömrük xidmətinin əməkdaşları külli miqdarda pul qaçaqmalçılığının qarşısını alıblar. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Rusiya Federal Gömrük Xidmətinin məlumatında bildirilir ki, İstanbul-Moskva reysi ilə gələn 1 İran və 3 Azərbaycan vətəndaşı gömrük nəzarətini keçərkən saxlanılıb. "Onlar ümumilikdə dörd çemodan və 4 yol çantasında 14,5 milyon dollar və 4,12 milyon avro pulu qanunsuz yolla Rusiya Federasiyasının ərazisinə keçirmək istəyirdi", - deyə Federal Gömrük Xidməti bildirir.
Saxlanılan şəxslər barəsində dörd cinayət işi başlanıb.
Məlumatda saxlanan şəxslərin adları və pulun hansı məqsədlə aparıldığı açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB