ABŞ prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putinlə Parisdə keçiriləcək görüşdə nələri müzakirə edəcəkləri ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp ona ünvanlanan suala belə cavab verib: “Nə deyəcəyimi bilmirəm”.
Xatırladaq ki, Donald Trampla Vladimir Putin arasında görüş Birinci Dünya Müharibəsinin 100 illik yubileyi ilə bağlı Parisdə keçiriləcək tədbir çərçivəsində noyabrın 11-də görüşəcəklər.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Ushakov Rusiya və ABŞ prezidentləri arasında görüşün qısa olacağını söyləmişdi.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB