ABŞ-ın silahlı qüvvələri və Yaponiya ordusu geniş miqyaslı hərbi təlimlərə başlayıblar. SİA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Belə ki, “Keen Sword” (İti qılınc) adlı altında keçirilən təlimlər Yaponiyada ərazilərindədir. Təlimlərə ordu bölükləri, aviasiya və gəmilər cəlb olunub. Hərbi manevrlər noyabr ayının 8-nə qədər keçiriləcək.
Bildirilir ki, bənzər hərbi təlimlər ildə iki dəfə keçirilir. Cari ildə bu təlimlərə 47 min yapon, 9,6 min isə amerikalı hərbi qulluqçu cəlb edilib.
“Keen Sword” iki ölkəyə müdafiə məqsədi ilə hərbi-hava qüvvələrini, hərbi-dəniz və amfibiya güclərini sınamağa imkan verir, xüsusilə Yaponiyanın müdafiəsinin, regional sabitliyinin qorunması baxımından əhəmiyyətlidir”, ABŞ-ın Yaponiyadakı hərbi güc kontingentinin komandanı, general Cerri Martines deyib.
O da bildirilir ki, bu gündən başlayaraq, Misavada yerləşən hərbi dəniz qüvvələri bazasında, Yaponiyanın əsas adası Honsyunun şimallında axtarış-xilas əməliyyatlarının təlimləri keçiriləcək. Digər günlərdə isə, hərbi döyüş və desant əməliyyatları təlimləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB