Tatarıstanda terrorçu ovu FOTO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Tatarıstanda “İslam Dövləti ” terror təşkilatı ilə bağlılığı olan özəyi ifşa edib. SİA RİA NOVOSTİ-yə istinadən xəbər verir ki, bu barədə xəbəri federalların ictimaiyyətlə əlaqələr mərkəzi yayıb.

“Naberejnıy Çelnaxda gizlədilmiş silahların müsadirəsi vaxtı bir nəfər qruplaşma üzvü üzərində silah və “İslam Dövləti” atributikalarına aid ədəbiyyatla saxlanılıb”, sözügedən məlumatda bildirilir.

Qeyd olunur ki, qrup üzvləri bir sıra rezonans doğuracaq aksiyalar keçirməyi planlaşdırırdılar. “Bundan sonra Suriyadakı silahlılara qoşulmağı düşünüblər. Onların liderləri Naberejnıy Çelnax sakini, artıq bir dəfə “İslam Dövləti”nin təbliğatını apardığına görə həbs həyatı yaşayan şəxs olub.

Bildirilir ki, xüsusi əməliyyat DİN və Rosqvardiyanın koordinasiyası ilə birgə həyata keçirilib.

Son olaraq statistik rəqəmlərə toxunularaq qeyd olunur ki, 2018-ci ilin ilk doqquz ayında FTX-yə törədilməsi planlaşdırılan 15 terror aktının qarşısını almaq müyəssər olub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə