Hədə-qorxu ilə qanunsuz yollarla vəsaitlərin mənimsənilməsi yolverilməzdir

Hədə-qorxu ilə qanunsuz yollarla vəsaitlərin mənimsənilməsi yolverilməzdir

İctimaiyyətin informasiya ilə təminatı, maarifləndirmə hər zaman olduğu kimi indi də öz aktuallığını qoruyur. Kütləvi İformasiya Vasitələrinin bu istiqamətdə rolu xüsusən danılmazdır və cəmiyyətin sağlam mətbuata daim ehtiyacı var. Azəbaycan cəmiyyətinin daim hörmət və ehtiramla yad etdiyi Həsən Bəy Zərdabinin bizlərə miras qoyduğu ölkə mətbuatı bu vaxta qədər şərəfli yol keçib və bu yolu şərəflə davam etdirə bilməyənlər ən qısa zamanda sıralarımızı tərk edib. Elə indi də Azərbaycan mətbuatında bu yolu şərəflə addımlaya bilməyənlərə yer yoxdur.

Kütləvi İformasiya Vasitələrindən sui istifadə hallarına əgər yol verilirsə bu haqlı olaraq ictimai qınağa səbəb olur. Mətbuatdan şəxsi mənafelər, şəxsi maraqlar, çirkin niyyətlər üçün istifadə qəbulediulməzdir və bu hallarla mübarizə aparılmalıdır. Mətbuat kimlərinsə maraqlarına xidmət etməməlidir və Kütləvi İformasiya Vasitələrindən hansısa bəd niyyətlər, məqsədlər üçün istifadə edənlər cəzalandırılmalıdır.

Təkcə mətbuat orqanlarına deyil, heç bir təşkilata hədə qorxu yolu ilə vəsait tələb etmək haqqı verilməyib

Son zamanlar reallıq.info saytının Azərbaycan mətbuatına yaraşmayan mövqeyi, şər və hədə-qorxu üzərində qurulmuş fəaliyyəti ictimaiyyətin diqqət mərkəzindədir və hiddəti də əbəs yerə deyildir. Məhz bu baxımdan haqlı olaraq sözügedən sayt qınaq obyektinə çevrilib. Çirkin yollarla, hədə-qorxu ilə, ümumiyyətlə, qanunsuz yollarla vəsaitlərin mənimsənilməsi qanunla da yolverilməzdir. Təkcə mətbuat orqanlarına deyil, heç bir təşkilata, heç bir orqana, heç kimə belə hədə qorxu yolu ilə vəsait tələb etmək haqqı verilməyib və bu hallar Azərbaycan Respublikasının konstitusiyası ilə tənzimlənir.
İndi reket jurnalist deyilən bir ifadə formalaşıb və əslində reketçiliyin mətbuata heç bir aidiyyatı yoxdur. Hədə-qorxu gəlməklə vəsait mənimsəmə faktına cəmiyyət çox rast gəlib və bu faktların heç də hamısına mətbuatda rast gəlinməyib. Ona görə də reketçiliyin jurnalistika ilə əlaqələndirilməsi, ümumiyyətlə belə bir ifadənin formalaşması cəmiyyətə ən yaxın olan bu peşəyə heç uyğun gəlmir. Bu dələduzluq əməlləridir və qanunla, ölkə qanunvericiliyi ilə tənzimlənir. Belə dələduzlar qanunun tələblərinə müvafiq şəkildə mühakimə olunur və cəzalandırılır.

Ölkə mətbuatına ləkə vurmaq niyyəti xarici ssenarinin təzahürüdür

Təbii ki, bu tip əməllərin, məhz mətbuatda belə neqativ halların olması heç də təsadüfi deyil və sirr deyil ki, bunlar hardan qaynaqlanır. Maddi texniki təminatı müəmmalı olan mətbuat səhifələrinin belə çirkin əməllərə imza atması, ölkə mətbuatına ləkə vurmaq niyyəti xarici ssenarinin təzahürüdür. Bu gün Azərbaycanın uğurlarına sevinməyən qüvvələrin ölkə mətbuatına belə ləkə vurmaqdan ötrü dəridən qabıqdan çıxmalarını başa düşmək çətin deyil. Məhz həmin qüvvəlr üçün satqınlığa meyilli olanlar təbii ki, ən yaxşı vasitədir və onlardan istifadə etməyin ən asan yol olduğu qənaətindədirlər.

Digər tərəfdən, Azərbaycanın bu gün inkişaf dinamikası Soros kimi şər iblislərinin yuxusunu ərşə çəkib. İndi Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək, hadisələrə təsir mexanizmini gücləndirmək istəyənlər üçün Azərbaycanda da müəyyən vasitələr tətbiq etmək maraq dairəsindədir. Məhz şər iblisi dediyimiz qüvvələrin bu gün Ermənistanda at oynatdığı, hadisələri istədiyi məcraya yönəltdiyi bir durumda Azərbaycanda bunu reallaşdıra bilməmələri də onlar üçün heç də arzuolunan deyil. Bu qüvvələr dərk edirlər ki, onların şər niyyətləri Azərbaycan üçün keçərli deyil və bu xalq heç də avantüraya meyilli olmayıb. Ermənistanda kütləni küçələrə çıxaranlar, hakimiyyət çevrilişinə vadar edənlər, nəticədə sözügedən ölkəni çox çərin duruma salanlar bunu Azərbaycanda tətbiq edə bilməyəcəklərini çox gözəl anladıqları üçün ən xırda detallarla belə maneələr yaratmağa cəhd edirlər. Amma dərk edə bilmirlər ki, buna da nail ola bilməyəcəklər. Çünki, Azərbaycan cəmiyyəti xarici havadarların tikəsinə aldananlardan deyil. Hətta bu cəmiyyət həmin qüvvələrin tələsinə düşən insanların da nəticədə hansı hallarla qarşılaşdığını çox gözəl bilir. Məhz həmin aldadılmışların, aldadılaraq yolu azdırılanların, ölkəni tərk edənlərin indi xarici ölkələrdə geridə qalmış, səfalət, aclıq, müharibələr səbəbindən ölkəsini tərk etmişlərlə birgə eyni kamplarda yaşadıqları da göz qabağındadır.

Göründüyü kimi, hiyləgərliklə, hədə-qorxu ilə, ictimaiyyəti aldatmaqla nə mövcudluğu qorumaq mümkündür, nə də bu əməllərin sonu yoxdur. Öz çirkin əməlləri ilə mətbuata da daxil olanlar gec-tez rəzalətlə qarşılaşmalı olurlar. Hər sahədə olduğu kimi, mətbuatda da dələduzluq əməllərinə yol verənlər qanun, qanunvericilik qarşısında cavab verməlidirlər və bu əməllərin cəzasını çəkməkdən boyun qaçırmaq mümkün deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə