ABŞ-ın Pittsburq şəhərində (Pensilvaniya ştatı) sinaqoqa silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, çox sayda insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. AZƏRTAC xəbər verir ki, bu barədə Associated Press agentliyi özünün Twitter səhifəsində məlumat yayıb.
Bundan əvvəl NBC telekompaniyası hücum zamanı 8 nəfərin öldüyünü bildirmişdi. Hakimiyyət orqanları isə hələlik faciə qurbanlarının sayı barədə informasiyanı açıqlamır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp bildirib ki, hücum nəticəsində “çoxlu insan öldürülüb”.
Silahlı şəxs hadisə yerinə gələn polislərlə də atəş açaraq onlardan üçünü yaralayıb və sonradan təslim olub. CNN-in məlumatına görə, o, 46 yaşlı Robert Boures adlı şəxsdir.
Donald Tramp sinaqoqa silahlı hücumdan sonra ölüm cəzası haqqında qanunu sərtləşdirməyə çağırıb. Prezident, həmçinin məlumat verib ki, hadisənin təhqiqatına ABŞ Federal Təhqiqatlar Bürosu və digər hüquq mühafizə orqanları cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB