Deputatımız Gürcüstanda seçkiləri izləyəcək

Deputatımız Gürcüstanda seçkiləri izləyəcək

Milli Məclisin deputatı Musa Quliyev oktyabrın 27-dən 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq, QDİƏT PM-ın xətti ilə müşahidəçi qismində oktyabrın 28-də keçiriləcək Gürcüstan Prezidenti seçkilərinin gedişini izləyəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, seçki günü deputatımız demokratik seçki qaydalarına riayət edilməsinə, müxtəlif seçki məntəqələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək.

Səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin müşahidə missiyasının üzvləri ilə birgə Gürcüstan MSK-nın təmsilçiləri ilə görüşəcək. Seçki başa çatdıqdan sonra brifinqdə iştirak edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə