"Yanlış informasiyalarla bağll məsələ bir neçə il bundan öncə aktual sayılmırdı. Bu gün ekspertlər tərəfindən də yalan informasiyalarla bağlı fərqli fikirlər söylənilir. Artıq yalan informasiya yayımı adi hala çevrilib". SİA-nın xəbərinə görə, bunu Rusiya Federasiyasının TASS Agentliyinin direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusman VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında çıxış edərkən deyib.
O bildirib ki, hazırki dünyada məqsədyönlü informasiyaları həqiqətdən seçməyə də bilərik: "Bu böyük təhdid, sosial təhlükədir. Bu proses nəinki səngimir, hətta güclənir. Xəbər Agentliklərin nümayəndələri bütün forumlarda bunu müzakirə edirlər. Gündəlik yanlış məlumat həmlələri həyata keçirilir. Biz buna qarşı mübarizə aparmalıyıq".
Onun sözlərinə görə, yanlış məlumatlandırma müharibəsi hansısa iki ölkə arasında aparılmır: "Hamımız bilərəkdən və ya bilməyərəkdən bu müharibəyə qoşulmuşuq. Bu vəziyyət hansısa ölkə, regionu əhatə etmir. Bu problem dünyada mühüm problemlərə çevrilib. Ona qarşı mübarizə hələ ilkin mərhələdədir. Hazırda biz bunun qarşısını ala bilmərik. Amma ən azından buna dair nə edəcəyimizi planlaşdıra bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB