"Azərbaycanda multikultural dəyərlərə həm dövlət, həm də xalq tərəfindən çox böyük önəm verilir. . Çünki Azərbaycan xalqı humanist xalqdır, başqa dinlərə, başqa dövlətlərdə yaşayanlara qarşı hər zaman loyal olub". SİA-nın xəbərinə görə bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə verdiyi açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq yaşayan hər bir insan öz dil,din azadlığını tapa bilir: "Prezident İlham Əliyev 2016-2017-ci ili Multikulturalizm, İslam Həmrəylik ili elan edib. Bunun bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Mən bunun şahidiyəm. Müstəqilliyimizin ilk illərində yığışaraq tolerantlıq günü kimi qeyd etmişik sonradan onu həyata keçirmişik. Biz bununla dünyaya göstərdik ki, Azərbaycan xalqı tolerant xalqıdır. Bu gün keçirilən forumda Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə inkişaf edib. Bunun üçün Azərbaycanda hər bir şərait var".
Azərbaycanda dinlərarası əlaqələrin Mərkəzinin yaradıldığını deyən QMİ sədri söyləyib ki, mərkəzə dünyanın bir çox dövlətlərindən nümayəndələr gəlir: "Biz ötən il müxtəlif dövlətlərdə konfrans, görüşlər keçirmişik. Bu il biz Qafqaz xalqları Ali Dini Şurasının rəhbərliyinin nəzdində Şimali Qafqazda konfrans keçirdik. Bu yaxınlarda da İspaniyada daha böyük konfrans keçirəcəyik. Orada dünyanın tanınmış dövlət din xadimləri iştirak edəcək. Noyabrın 19-da Berlində böyük konfrans keçiriləcək. Orada dünyanın 100-ə yaxın din xadimləri iştirak edəcəklər".
"Mən hesab edirəm ki, Azərbaycan yaralı dövlət kimidir. 20 faiz torpaqlarımızın işğal olunması, məscidlərimizin qəsb olunması, ibadətgahlarımızın, qəbrlərimizin xarabalığa çevrilməsi, həm sinaqoq, həm də kilsələrin dağıdılmasına baxmayraq biz dünyaya göstəririk ki, Azərbaycan xalqı humanist xalqdır. Xalqımız öz qələbəsinə inanır. İnşaallah biz qələbə qazanacağıq, torpaqlarımız işğaldan azad ediləcək. Bu gün bütün din xadimləri dünyaya car çəkir ki, torpaqlarımız zəbt olunmasın, münaqişələr olmasın. Onlar humanist olmağı, bir-birimizə hörmətlə yanaşmağı, dövlətlərin qanunlarına hörmət etməyə çağırır. Bu baxımdan beynəlxalq forumlar bizim üçün çox önəmlidir. Belə forumlar bizim varlığımızı, yüksəkliyimizi göstərir",- deyə Şeyxülislam qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB