“İqbal Ağazadə bilir ki, cinayəti bilib xəbər verməmək məsuliyyət yaradır” MÜSAHİBƏ
Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Tahir bəy, Müsavat başqanı Arif Hacılının və keçmiş başqan İsa Qəmbərin xaricdən 3 milyon dollar alması barədə mətbuatda informasiyalar yayılmaqdadır. Sizcə, Arif Hacılı və İsa Qəmbər böyük məbləğdə vəsaiti almaqla “Siyasi partiyalar haqqında qanun”un tələblərini pozmurlar?
- Bu barədə “Ümid” partiyasının sədri İqbal Ağazadənin video yazısına da baxdım və o həqiqətən də iddia edərək, adını da çəkir ki, Türkiyədə yaşayan vətəndaşdan 3 milyon pul alınıb. Birincisi, bu günə qədər müxalifət özünü adətən süddən çıxmış ağ qaşıq kimi göstərirdi. İkincisi də, bunu keçmiş deputat və partiya sədri deyir. Əlbəttə ki, bundan soruşmaq lazımdır ki, pullar necə və hansı yolla alınıb? O bu suala cavab versin. Həm də, sual yaranır İ.Ağazadə indiyə qədər niyə bu məlumatları gizlədib? İ,Ağazadə yaxşı bilir ki, cinayəti bilib, xəbər verməmək, məsuliyyət yaradır.
- Sizcə, indiyə qədər İ.Ağazadə niyə bu faktları açıqlamayıb?
- Görünür hansısa siyasi maraqları düşünüb. İqbal bəy açıq şəkildə deyir ki, 3 milyon manatın alnması barədə əlində kifayət qədər faktlar var. Kimlərdən necə alıblar, kimlərə veriblər, neynəyiblər hamsı barədə İqbal bəy məlumatlıdır. Hesab edirəm ki, İ.Ağazadənin bu məlumatı ciddi məsələ olduğundan araşdırmaya ehtiyacı var. Bu fakt birbaşa “Siyasi partiyalar haqqında qanun”un tələblərini pozmaq deməkdir. Çünki siyasi partiyalar xaricdən maliyyələşə bilməz. Demək olar ki, bu çox ciddi bir məsələdir. Bir sözlə, adları çəkilən şəxslərin bu qədər pulları əldə etmələrinə hüquq-mühafizə orqanları da seyrçi qalmamalıdır.
- Əvvəllərdə AXCP sədri Əli Kərimlinin AMİP lideri Etibar Məmmədovun və digərlərinin xaricdən böyük məbləğdə maliyyə vəsaiti almaları faktları olub. Bu o deməkdir ki, müxalif partiyalar siyasətdən öz maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün istifadə edirlər?
- Gözlədə görünür ki, radikal müxalifət partiya liderləri ilə adı üzvlər arasında hədsiz dərəcədə fərq var. Çünki müxalifət düşərgəsini təmsil edən partiya sədrlərinin vəziyyətinə baxsaq görərik ki, həmin şəxslərin övladlarını xaricdə oxudurlar, özləri üçün ev alırlar, yaxşı həyat tərzləri keçirirlər. Hətta onların övladlarının harın həyat sürən çoxlu məqamları ortaya çıxır. Amma burada isə öz üzvlərini aldadırlar. Hər şeydən əvvəl insan vicdanı qarşısında məsuliyyət daşımalıdır. Həmin müxalifət partiya sədlərinə sual vermək lazımdır ki, sən hansı yolla bu cür yüksək yaşayış əldə edirsən, amma sənin üzvlərin çətinliklər üzləşiblər. Ona görə də, bütün bu məsələlər daha çox onların ifşasına yönəlib. Ümumiyyətlə, bu partiyalar və liderlər bir-birləri ilə əməli başlı müharibə aparırlar. Bir sözlə, radikal müxalifət liderləri bir-biri ilə didişirlər. Yəni onlar arasında olan bu müharibənin səbəbi ana müxalifət olmaq iddiasıdır. Bu gün həmin müxalifət partiyaları təmsil edənlərin özləri də çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifət bu cür yersiz hərəkətləri ilə xalqı iyrəndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB