"Savelyevin çıxışına Rusiyanın şovinist qüvvələri sərt reaksiya verib" ÖZƏL-MÖVQE
“Rusiya Dövlət Dumasının üzvü Dmitriy Savelyevin Türkiyədəki çıxışında Xocalıda törədilənlərin Azərbaycan xalqına qarşı soyqırım və bəşəri cinayət adlandırmasına Ermənistanla yanaşı Rusiyanın şovinist qüvvələri də sərt reaksiya ilə münasibət bildiriblər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu ilin iyul ayında Rusiya nümayəndə heyətinin tərkibində olan Dmitriy Savelyev “Lələtəpə”də olarkən Dağlıq Qarabağın Azərbaycan torpaqları olması və işğal olunmuş bütün torpaqların geri qaytarılmasını demişdi. Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovovla bir axşam” siyasi tok-şouda Dmitriy Savelyevin bu bəyanatı müzakirə edilmişdi. Erməni əsilli tanınmış rus şərqşünası Semyon Baqdasarov Jirinovskinin də iştirak etdiyi tok-şou da bu çıxışa sərt münasibət bildirərək LDPR sədrindən Savelyevin Dumadan və partiyadan qovulmasını tələb etmişdi. Baqdasarov üzünü Jirinovskiyə tutaraq Savelyevi Rusiya düşməni və satqın adlandıraraq onu məhv etməyə çağırmışdı. Jirinovski isə öz növbəsində bəli razıyam deyərək razılıqla başını tərpətmişdi. Verilişin aparıcısı Vladimir Solovyov da Savelyevi kəskin tənqid edərək erməni millətçilərinin mövqeyinə həmrəylik göstərmişdi.
Nüfuzlu Rusiya nümayəndə heyətinin Cocuq Mərcanlıda keçirilən “Azərbaycan Ruisyanın Qafqazda yeganə müttəfiqidir” adlı konfransda verilən bu bəyanatın ardından Jirinoski ermənilərlə həmrəylik nümayiş etdirərək Moskva şəhərində ermənilərin təşkil etdiyi tədbirdə iştitak etmişdi. Lakin buna baxmayaraq uzun illər əleyhimizə formalaşmış ictimai rəyin dəyişməsi istiqamətində əsaslı dəyişikliyin baş verdiyi faktdır. Hələ ki, Dağlıq Qarabağ işğal altındadır və bu işğalı siyasi və fiziki dəstəkləyən dövlət Rusiya olaraq qalmaqdadır. Demək buzlar əriməyə başlayıb və biz də doğru yoldayıq. Rusiyada fəaliyyət göstərən milliyətçi erməniləri və bütün anti-Azərbaycan qüvvələri pərişan edəcəyik.
Konfransda iştirak edən Rusiyalı siyasətçilərin Dağlıq Qarabağın Azərbaycan torpağı olmasını və işğal olunmuş bütün ərazilərin geri qaytarılmasını dilə gətirməsində ən önəmli olan nüans bu şəxslərin Rusiya prezidentinə yaxınlığı ilə seçilməsidir. Tədbirdə işritak edən digər nüfuzlu politoloq Duqin bir zamanlar ermənipərəst mövqeyi ilə seçilirdisə artıq onun da Azərbaycanın mövqeyini dəstəkləməsi xarici siyasətimizdə aparılan uğurlu siyasətin nəticəsidir. Qarabağın işğaldan azad olunması bəyanatları tək Rusiya səviyyəsində dilə gətirilmir. Artıq son bir ildə Dağlıq Qarabağ problemi ilə məşğul olan bütün qurumlar problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini bildirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB