Dini matəm Təzəpir məscidində də əhalini bir yerə toplayıb

Dini matəm Təzəpir məscidində də əhalini bir yerə toplayıb
Bu gün Məhrrəm ayının 10-cu günü keçirilən Aşura mərasimləri zamanı qanvermə aksiyalarının təşkili ənənəvi hal alıb. Respublika üzrə nəzərdə tutulan 13 dini ibadət mərkəzlərindən biri Təzəpir Məscididir. SİA-nın məlumatına görə, bununla əlaqədar məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına ciddi hazırlıq işləri aparılıb, qanvermə mərasiminin keçirilməsi yerləri müəyyənləşdirib, təmizlik işləri aparılıb və lazımı tədbirlər görülüb. Burada həmçinin Elmi-Tədqiqat Hemotolojiya və Transfiziologiya institutunun səyyar qan köçürmə loborotoriyasının əməkdaşlarına tam şərait yaradılıb.

Saat 8:00 radələrindən başlanan qanvermə aksiyasında Təzəpir Məscidində dindarlarla yanaşı, digər məscidlərin dini icmalarının nümayəndələri və sadə vətəndaşlar yaxından iştirak ediblər. Bu saata qədər məsciddə 250-dən çox vətəndaş könüllü olaraq qan verib.

Qeyd edək ki, indiyə qədər Cümə məscidində 150, Səbail rayonun ərazisində yerləşən Bibiheybət məscidində isə qan verənlərin sayı 200-ü keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə