Səfər Əbiyev Avstriya və Niderlandın Azərbaycandakı səfirlərini qəbul edib

Səfər Əbiyev Avstriya və Niderlandın Azərbaycandakı səfirlərini qəbul edib

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dekabrın 15-də Avstriya Respublikasının və Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, xanım Silvia Mayer-Kaybiçi və Arjen Peter Uijterlindeni qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşlərdə regionda hərbi-siyasi vəziyyət və ölkələrarası hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Hər iki səfir müdafiə nazirinə ölkələrinin yeni hərbi attaşesini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə