Gəncədə "quş qripi" təhlükəsinə qarşı profilaktik tədbirlərə start verilib. İlk olaraq rayonun bazarları dezinfeksiya olunur. Gəncə şəhər Dövlət Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən Gəncənin ən iri bazarında dezinfeksiya işləri aparılıb. Əhalinin daha çox hərəkət etdiyi giriş-çıxışlar, eyni zamanda satış aparılan dıgər ərazilər dezinfeksiya edilib.
Gəncə şəhər Dövlət Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, aparılan dezinfeksiya tədbirləri H5N1 virusu ilə yanaşı, digər infeksiyon xəstəliklərə qarşı da yönəlib.
Bildirək ki, dezinfeksiya işləri bundan sonrada davam edəcək. Şəhərin kiçik həcimli bazarları da Baytarlıq İdarəsinin rəsmiləri tərəfindən dezinfeksiya olunacaq. Ümumiyyətlə, qərara alınıb ki, həfətədə bir dəfə olmaqla bazarlarda infeksiyon xəstəliklərə qarşı geniş dezinfeksiya tədbirləri həyata keçirilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB