Hindistanlı mühəndis Pakistana işləyirmiş ƏKS-KƏŞFİYYAT

Hindistanlı mühəndis Pakistana işləyirmiş ƏKS-KƏŞFİYYAT

Hindistanın hərbi əks-kəşfiyyatçıları Uttar Pradeş ştatında Pakistanın xeyrinə işlədiyi şübhə edilən BrahMos Aerospace Rusiya-Hindistan şirkətinin mühəndisini həbs ediblər. SİA İTAR TASS-a istinadən xəbər verir ki, The Times of İndia qəzetinin yazdığına görə, həmin mühəndisin facebookda Pakistan istifadəçiləri ilə yazışdığı məlum olub. Bu məlumatı adıçəkilən ştatın antiterror bölüyü də təsdiqləyib. Belə ki, həbs olunmuş Nişanta Aqarvalın evindən gizli informasiyalar yerləşdirilmiş şəxsi kompüteri aşkarlanıb.

Aqarval gizli informasiyaların kodlaşdırılmış şəkildə Pakistanın, eləcə də bir sıra digər ölkələrin kəşfiyyat idarəsinə göndərdiyi bəlli olub. Onun şəxsi iş kompüterləri müsadirə edilib və hazırda deşifrəsi üzrə işlərin aparıldığı bildirilir.

Qeyd olunur ki, həbs edilən mühəndis Rusiya-Hindistan müştərək istehsalı olan raketin qurulmasında BrashMos Aerospace şirkətinin hidravlik və pnevmatik istehsalatının təşkili üzrə baş mühəndis vəzifəsini daşıyıb.

Hinndistan nəşri həmçinin yazır ki, onunla yanaşı, daha iki nəfər şəxs həbs edilib. Onlar ölkənin müdafiə araşdırmaları təşkilatının Kanpur şəhərində çalışıblar.

BrahMos Aerospace hələlik baş vermiş hadisəyə münasibət bildirməkdən imtina edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə