Daha 51 FETÖ-çü həbs olundu

Ankaranın Baş prokurorluğu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə şübhəli bilinən 51 nəfərin həbsi barədə qərar qəbul edib. SİA xəbər verir ki, bu haqda Anadolu agentliyi məlumat yayıb. Məlumata görə, barələrində həbs qərarları verilənlərin 49 nəfəri quru qoşunları komandanlığında hazırda və öncələr xidmət etmiş əməkdaşlardır.

Reydlər ölkənin 28 vilayətində aparılır. Hərbçilərlə yanaşı, həbs edilənlərdən iki nəfəri FETÖ-nün (Fətullah Gülənin terror təşkilatı-red.) imamı olaraq, hərbi qulluqçular arasında təbliğat aparıblar.

Xatırladaq ki, 2016-cı iyulun 15-də bir Türkiyə silahlı qüvvələrinin bir qrup əsgər və zabiti dövlət çevrilişi edərək, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı ələ keçirməyə cəhd göstəriblər. Əsas qarşıdurmalar İstanbul və paytaxt Ankarada baş verib. Nəticədə qiyamçılar hesaba alınmasa, 250 nəfər insan ölüb, 2 mindən çoxu isə yaralanıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə