“AP-də çalışan deputatlarımız məsələni ciddi nəzarətə götürməlidir” ÖZƏL-MÜNASİBƏT

“AP-də çalışan deputatlarımız məsələni ciddi nəzarətə götürməlidir” ÖZƏL-MÜNASİBƏT

“Avropa Parlamentinin kiprli deputatı – separatizmi və etnik təmizləməni təbliğ edən üzvü Eleni Teoxarusun işğal altındakı torpaqlarımıza davamlı səfərləri qanunsuz və təxribatçı hərəkətlərdir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu deputat reallıq hissini itirərək satın alındığı dairələr üçün var qüvvəsi ilə çalışmaqdadır: “Bu səbəbdən də Eleni Teoxorus Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan olunub və onun ölkəmizə girişinə qadağa qoyulub. Buna baxmayaraq bu məxluq cəzasızlığından istifadə edərək Dağlıq Qarabağ separatçılarını dəstəkləməkdə davam edir və qanunsuz səfərlərini də intensivləşdirir. Hesab edirəm ki, Avropa Parlamentində çalışan deputatlarımız bu məsələni çox ciddi nəzarətə götürməlidirlər. Eləcə də Avropada yaşayan diasporamız çox fəal olmalıdır və etiraz səslərini ucaltmalıdırlar.

Deputatın siyasi baxışları onun Ermənistan və erməni diasporu ilə olan əlaqələrini eləcə də, Rusiyaya isti münasibətlərinə aydınlıq gətirməyə müvafiq zəmin yaradır. Belə ki, hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən deputat ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirmiş və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalına” layiq görülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə