Rəbiyyət Aslanova: “Dövlətin dinə münasibəti dünyəvilik prinsipinə söykənir və bu baxımdan da hicab orta məktəblərdə mümkün deyil” - MÜNASİBƏT
Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlətdir və burada dövlət-vətəndaş münasibətləri bu prinsiplər əsasında tənzimlənir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hicabla bağlı məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O bildirib ki, dövlətin dinə münasibəti dünyəvilik prinsipinə söykənir və bu baxımdan da məktəblərdə hicabla bağlı məsələyə mövqe birdir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan məktəbləri də dünyəvi məktəblərdir və bunların da prinsipləri ondan ibarətdir ki, dünyəvilik qaydalarını gerçəkləşdirsin: "Buna görə də mövqeyimiz bundan ibarətdir ki, hicab orta məktəblərdə mümkün deyil. Digər tərəfdən qeyd edim ki, Azərbaycanda nənələrimiz başlarına kəlağayı örtərdilər. Bu gün Azərbaycana təqdim olunan yad model, niqab, qara örtük islamın Azərbaycan mövqeyinə yaddır".
R.Aslanovanın fikrincə, orta məktəblərdə öz uşağının gələcək taleyini istiqamətləndirən valideynlər bilməlidir ki, bu gənclərin sabahı üçün təkcə onlar deyil, dövlət də məsuliyyət daşıyır. O vurğulayıb ki, bundan əlavə, onların Azərbaycanın gələcəyi üçün layiqli vətəndaş kimi formalaşması, dünyəvi dünyagörüşünün formalaşması üçün dövlətin üzərinə böyük məsuliyyət düşür.
"Dünyəvi dövlətin dünyəvi məktəbinin o prinsiplərini pozmaq vətəndaşın dövlət qarşısındakı vəzifələrinin, borclarının gerçəkəşdirməməsi deməkdir. Əgər dövlətin vətəndaş qarşısında məsuliyyəti varsa, vətəndaşın da dövlət qarşısında vəzifələri var. O vəzifələrdən biri də layiqli övlad böyütməkdir. Azərbaycanda 18 yaşına çatana kimi onların tərbiyəsinə dövlət məsuliyyət hissi ilə yanaşır və yeni dünyagörüşünün formalaşması üçün əlindən gələni edir. Əgər 18 yaşdan sonra o dünyavi təhsil ocaqlarında deyil, dini təhsil ocaqlarında təhsil alacaqsa, onun geyimi sərbəstdir. Mədrəsə, İslam Universiteti və digər dini təhsil ocaqlarında təhsil alan gənclərin geyiminə dövlət müdaxilə edə bilmir. Ancaq bir halda ki, biz hüquqi dövlətdə yaşayırıq, o zaman hüquqi qaydalara riayət etmək hər birimizin borcudur", - deyə o əlavə edib.
Millət vəkili həmçinin, ölkədə siyasiləşmiş islam modelinə də münasibət bildirib. O, Azərbaycanda siyasiləşmiş islam fikrini qəbul etmədiyini söyləyib: "Kimlərinsə Azərbaycanda islamın siyasiləşməsindən danışması və bunu təzyiq kimi qiymətləndirməsi düzgün deyil. Belə bir məqam mümkün deyil. Azərbaycan dünyavi dövlətdir, hər hansı belə meyllənməklə Azərbaycan dövlətinə təzyiq edilməsi yolverilməz haldır və mümkün olan bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB