Rusiya Britaniyadan sübut tələb edir QALMAQAL

Rusiya Britaniyadan sübut tələb edir QALMAQAL

Sistemi Rusiya hərbi hakerləri tərəfindən sındırıldığı iddia edilən telekanal Britaniyanın müsəlmanlar üçün yayımladığı peyk kanalıymış. SİA xəbər verir ki, bu barədə euronews.com Financial Times qəzetinə istinadən məlumat yayıb.

Britaniya qəzetinə görə, telekanal 2015-ci ildən başlayaraq Moskvanın tam nəzarətində olub.

Ötən həftənin cümə axşamı günü Britaniya XİN-in rəhbəri Rusiyanı elə də böyük olmayan telekanalın poçt serverini qırmaqda ittiham edib. O cümlədən, bir sıra dövlətlər Baş qərargahın əsas idarəsinin ünvanına ittihamlarla çıxış ediblər. Belə ki, bu idarə Qərbdə keçmiş “QRU”nun ardıcılı kimi də adlandırılmaqdadır.

Bəyanatlarda həmçinin iddia olunur ki, Baş qərargahın əsas idarəsi Ümumdünya antidopinq agentliyinin, Britaniya XİN-nin, Porton Daundakı Britaniya hərbi laboratoriyasının, Kimyəvi silahların qadağası təşkilatının da serverlərinə müdaxilə edib.

Lakin həmin iddialardan sonra Rusiyann səfirliyi Britaniya XİN-nə nota göndərərək, irəli sürülən iddiaların fakt olaraq təsdiqlənməsini tələb edib. Belə ki, Moskva baş verənləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün bəhanə adlandırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə