Arzu Nağıyev: “Zatulinin bəyanatı heç bir normalara sığmır" ÖZƏL-MÖVQE
“Çox təəssüf ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətin qanunverici orqanının təmsilçisi Azərbaycana qarşı belə bir münasibət bəsləyir. Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və istənilən vaxt anti-terror əməliyyatı keçirməyə imkan var”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, sadəcə olaraq Azərbaycan tərəfi sülh yolunu seçir və bu istiqamətdə də bütün beynəlxalq norma və hüquqları nəzərə alaraq hərəkət edir: “Lakin hansısa dövlətin bu işlərə birbaşa müdaxiləsi düzgün məsələ, yanaşma deyil. Məlum məsələdir ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin həm anadan olduğu yer, eyni zamanda onun mövqeyi daimi ermənipərəst mövqe olub. Lakin bu o demək deyil ki, Rusiya-Azərbaycan arasında münasibətlər məhz Zatulinin münasibəti ilə ölçülür. Düşünürəm ki, Zatulinin verdiyi bu bəyanat heç bir norma və qanunlara sığmır. Zatulin və onun kimiləri erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB