"Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etmədiyi artıq faktdır" MÖVQE- ÖZƏL

"Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etmədiyi artıq faktdır" MÖVQE- ÖZƏL

“Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyllərini dəstəkləməsi “böyük Ermənistan” xülyasının tərkib hissəsidir. Tarixən qonşu ölkələrin torpaqlarına göz dikən Ermənistanın bu iddiaları görünür daim aktualdır”. Bu fiklirləri SİA-ya Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavid Osmanov deyib.

Ermənistanın qonşu dövlətlərin hesabına özünə dövlət yaratmasının bir fakt olduğunu dilə gətirən işçi qrupunun üzvü söyləyib ki, bunun ən bariz göstəricisi Azərbaycanın 20 faiz torpaqlarının onların tərəfindən işğal edilməsidir.

Deputatın sözlərinə görə, Ermənistanın hazırda Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməsi heç də təsadüfi deyil: “Çünki, Ermənistan fürsət düşdüyü an qonşu dövlətlərinin torpaqlarına hücum etmək istəyində olan bir ölkədir. Çünki, bu ölkənin aparıcı qüvvəsi terror aktlarını dəstəkləyənlərdir”.

C.Osmanov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bütün yazışmalarının Ermənistan XİN tərəfindən aparılması heç kimə sirr deyil: “Abxaziyanın yaradılmasının ildönümü münasibətilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin rəhbərinin ilk təbrik məktubu göndərməsi Ermənistanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə nəinki hörmət etmədiyini, ona pozmağa çalışdığını nümayiş etdirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə