Dmitri Peskov ABŞ rəsmisinin “qanadlı raket” bəyanatına etinasız yanaşdı
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçinsonun “əgər Moskva qanadlı raket proqramının işlənməsinə son qoymasa, Vaşinqton həmin raketləri məhv edəcək” bəyanatına sərt cavab verib. SİA xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb. Peskovun sözlərinə görə, Kreml səfirlərin bənzər bəyanatlarına əlavə vaxt sərf etməyi məqsədəuyğun hesab etmir. “Belə ki, Rusiya hakimiyyəti qeyri-müəyyənliklərlə bağlı daha yüksək səviyyəli məsələlərlə məşğuldur”, deyən rusiyalı rəsmi qarşı tərəfin verdiyi bəyanata etinasız yanaşıldığını bildirib. O, ümumiyyətlə, bənzər bəyanatlara əhəmiyyət vermədiklərini vurğulayıb.
Qeyd edək ki, ötən gün Key Beyli Xatçison bəyan etmişdi ki, Rusiya orta və qısa mənzilli raketlərin işlənməsinə son qoymalıdır və bu, ABŞ-la Rusiya arasında əldə olunmuş razılığı pozur. ABŞ-ln NATO-dakı daimi nümayəndəsi əks halda həmin raketləri vurulacağı ilə hədələyib.
Bu bəyanatından az sonra o öz sözlərinə aydınlıq gətirib və bildirib ki, heç də Rusiyaya qarşı perventiv zərbələrin endirilməsini nəzərdə tutmayıb: “Mən, Rusiyaya zərbə vurulacağı ilə bağlı xəbərdarlıq etməmişəm. Mənim nəzər nöqtəm belədir: Rusiya orta və qısa mənzilli raketlərin ləğv olunması ilə bağlı əldə edilmiş razılığa geri dönərək, ona əməl etməlidir. Əks halda, biz onların potensialına qarşı çıxmaq və ABŞ-ın və NATO-nun maraqlarının qorunması üçün cavab tədbirlərinə əl ata bilərik”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB