Politoloq: “Paşinyan söz sahibi deyil" ÖZƏL-ŞƏRH

Politoloq: “Paşinyan söz sahibi deyil" ÖZƏL-ŞƏRH

“Nikol Paşinyan hakimiyyətə gələndən bir müddət sonra təxribatçı hərəkətlərə başladı. Beləki o Qarabağa gəldi və sərsəm açıqlamalar verdi”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan cəbhə bölgəsində istər-istəməz vəziyyəti gərginləşdirdi və hərbi təyyarələri sərhədimizi pozdu: “Yəqin ki artıq özü də anladı ki, bu vəziyyət yenidən aprel döyüşlərinə gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevə buna görə maraq göstərdi. Çünki onun bu gün fikri-zikri Ermənistanda erkən parlament seçkiləri keçirməkdir. Beləki Yerevanda mer seçkilərində namizədlər böyük səs çoxluğu ilə qələbə çalıb. O vaxtı uzatmadan da parlament seçkilərini keçirib əlini gücləndirmək istəyir. Çünki parlament seçkiləri mayda keçirilsə onun reytinqi aşağı düşəcək və iqtisadi, sosial islahatları apara bilməyəcək. Ona görə də seçkiləri indi keçirmək istəyir. Çünki ona lazımdır ki, bölgədə vəziyyət gərgin olmasın əksinə sabit olsun. Amma yenə də Düşənbədə MDB Sammiti çərçivəsində keçirilən görüşdən sonra gələn xəbərlərə görə atəşkəs yenə də pozulub. Bu o deməkdir ki, Ermənistan tək Paşinyandan ibarət deyil. Yəni Ermənistanda vəziyyəti gərginləşdirmək istəyən və Azərbaycanla cəbhə bölgəsində vəziyyəti bir az daha gərginləşdirmək istəyən qüvvələr var. Paşinyan söz sahibi deyil. Ona görə də Düşənbədə MDB Sammiti çərçivəsində fikir mübadiləsi aparılsa da bu fikir mübadiləsində pozitiv nəticələrinin olacağını düşünmürəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə