İran Suriyaya zərbə endirdi SON DƏQİQƏ

İran Suriyaya zərbə endirdi SON DƏQİQƏ

İslam İnqilabının Keşikçiləri Korpusu bu gün səhər saatlarında Suriyanın ərazisinə raket zərbələri endiriblər. SİA xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb. İnformasiyada qeyd edilir ki, raket zərbələrinin endirildiyi məntəqələrdə İranın Əhvaz şəhərində baş veriş terror aksiyasının təşkilatçıları olublar. Həmçinin bildirilir ki, terrorçulara qarşı ballistik raketlərdən istifadə edilib.

Xatırladaq ki, sentyabrın 22-də Əhvazda keçirilən hərbi parad zamanı terror aksiyası həyata keçirilib. Hərbçilərə və parada baxmağa gedən mülki vətəndaşlara qarşı naməlum şəxslər tərəfindən atəş açılıb. Nəticədə 29 nəfər həyatını itirib və 60 nəfər insan yaralanıb.

İranın ISNA agentliyi isə bildirir ki, terror hücumunu üzərinə Səudiyyə Ərəbistanı ilə əlaqəli olan “Əhvazın ərəb demokratik hərəkatı” götürüb.

Lakin Reuters agentliyi qeyd edib ki, terror aksiyasını “İslam Dövləti” terror təşkilatı üzərinə götürüb.

İran İslam Respublikasının rəhbəri və ruhanilərinin lideri Ayətullah Əli Xameneyi isə bəyan etmişdi ki, Əhvazdakı terror Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ABŞ-ın dəstəyi ilə törədilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə