Cənubi Koreya ilə Şimali Koreya arasındakı buzlar əriməkdə davam edir
Koreya Respublikası ilə KXDR iki ölkəni ayıran bir sıra rayonlarda liderlərin keçirdikləri sonuncu sammit razılaşmasına əsasən, minaların təmizlənməsinə başlayıb. SİA xəbər verir ki, bu barədə İTAR TASS agentliyi Cənubi Koreyanın Milli Müdafiə Nazirliyinin məlumatına istinadən yazır. Belə ki, müvafiq işlər Birləşmiş zonada – Pxanmunc rayonu məntəqəsində, eləcə də Kanvondo əyalətinin Çxorvon məntəqəsində start götürülüb. Ərazilərin minalardan təmizlənməsindən sonra tərəflər 1950-53-cü illərdə Koreya müharibəsində həlak olmuş əsgərlərin qalıqlarını axtaracaqlar.
Müdafiə Nazirliyinin təmsilçisi qeyd edib ki, intensiv silahlı qarşıdurmaların baş verdiyi bu rayonda ən azı 500 insanın qalıqları var. Qazıntılar 2019-cu ilin 1 aprel tarixindən başlayaraq, 31 oktyabr tarixinə qədər aparılacaq.
Xatırladılır ki, bu il, aprelin 27-də Cənubi Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Kopreya Xalq Demokratik Respublikasının prezidenti Kim Çen In öz aralarında birgə deklarasiya imzalayıblar və həmin sənədə görə, iki ölkə arasında düşmənçiliyə son qoyulması ilə bağlı razılıq əldə edilib.
Mun Şje İnin 18-20 sentyabr tarixlərində Pxenyana səfəri zamanı Cənubi və Şimali Koreyanın müdafiə nazirləri tərəflər arasında hərbçilərin qarşıdurmalarının qarşısını alan sənədə də imza atıblar. Daha sonra Seulda bu sənədi de-fakto hücum etməmək paktı adlandırıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB