ABŞ Rusiyanın raket mühərriklərindən imtina etdi

ABŞ Rusiyanın raket mühərriklərindən imtina etdi

Ceff Bezosa məxsus Blue Origin təşkilatı ABŞ-ın Vukcan Centaur raketlərinin mühərrik təminatı üçün seçilib. Belə ki, BE-4 mühərrikləri Rusiyanın RD-180 mühərriklərinə alternativ olacaq. SİA-nın məlumatına görə, bu haqda Launch Alliance şirkətinin tvitter akkauntunda yazılıb. NASA podratçılarına aid olan təşkilat nümayəndəri qeyd ediblər ki, Blue Origin təşkilatı ilə partnyorluq münasibətlərindən məmnundurlar.

“Gələcək nəsillərə aid raketimizin ilk uğurlu uçuşunu səbirsizliklə gözəyirik”, ULA prezidenti Tori Bruno deyib.

Amerikalı milyarder Bezos isə öz növbəsində sosial şəbəkələrdə qeyd edib ki, BE-4 mühərriklərinin seilməsi onun firması üçün böyük uğurdur.

Vulcan Centaur raket daşıyıcısının fəzaya buraxılışı 2020-ci ilin ortalarında gözlənilir.

Daha öncə ekspert idda edib ki, Rusiya istehsalı olan RD-180 raket mühərriklərinin ABŞ-a çatdırılması hər iki ölkə üçün sərfəlidir və bundan sonra bir neçə il davam edəcək. Lakin sonradan bu anlaşma pozulub.

Buna baxmayaraq, RD-180 raket mühərrikləri ABŞ-ın digər raket daşıyıcıları – Atlas III və Atlas V üçün istifadə eidlməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə