İngiltərədə yayımlanan "Guardian" qəzeti "Wikileaks" internet saytının yaydığı son sənədlərdə Türkiyə ilə bağlı daha bir məlumatın yer aldığını yazıb. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Roma Papası 16-cı Venedikt Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxıb. "Guardian" yazır ki, indiki papa - o zamankı yepiskop Cozef Ratzinger Vatikanın bu məsələdə tərəfsiz olduğunu, ancaq müsəlman bir ölkənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxdığını söyləyib.
Vatikan yetkililəri o zaman amerikalı diplomatlara Ratzingerin söylədiklərinin onun şəxsi fikri olduğunu, Vatikanın rəsmi mövqeyini əks etdirmədiyini bildiriblər.
2006-cı ildə artıq Papa olan Ratzinger fikrini dəyişib. O, amerikalı diplomatlara Vatikanın bu üzvlüyə qarşı olmadığını deyib və bildirib ki, Türkiyə Avropadakı yerini almaq üçün AB-nin Kopenhagen kriteriyalarını yerinə yetirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB